5 fevral 2013 16:55
Berti Foqts yenə klublardan şikayətçi oldu
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sabah baş tutacaq Lixtenşteynlə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, futbolçuların fiziki hazırlığından narazılığını dilə gətirib:
“Klublardakı həmkarlarıma təşəkkürümü bildirirəm ki, futbolçularını yığmaya buraxdılar. Oyunçuların fiziki hazırlığı demək olar ki, eynidi. Amma bəziləri var ki, fərqlənirlər. Həm yaxşı tərəfdən, həm də pis tərəfdən. Mənə elə gəlir ki, futbolçu üç həftəlik təlim-məşq toplanışından sonra formasının pik nöqtəsində olmalıdı. Lakin mən bunu görə bilmirəm. Niyə? Bunu klublarda həmin işlərə baxan şəxslərdən soruşmaq lazımdı. Ad çəkməyəcəm”.