5 fevral 2013 17:01
Neftçalada köklü islahatlar: 10 futbolçu və icraçı direktor klubdan uzaqlaşdırıldı
Futbol üzrə Azərbaycan Birinci Divizionunda çıxış edən “Neftçala” klubu on futbolçu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, əyalət təmsilçisi ikinci dövrədən etibarən Əli Bağırov, Qalib Əmrahov, Elnur Abbasov, Azər Cabbarov, Afiq Yusifov, Vitali Balamestnı, Orxan Mirzəyev, Vaqif Şirinbəyov, Samir Hüseynli və Ramil Abbasovun xidmətindən yararlanmayacaq.
Bundan əlavə klub texniki direktor Hüseynqulu Quliyevlə də yollarını ayırıb.
