6 fevral 2013 17:08
Sumqayıt Bakı ilə oyuna tam heyətlə hazırlaşa bilmir
Topaz Premyer Liqasının ikinci mərhələsinə "Bakı" oyunu ilə start verəcək "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda Bernard Raabın rəhbərliyi altında “Bayıl Arena”da növbəti məşqinə çıxıb.
Bir müddət əvvəl məşqdə zədələnən Murad Ağayev hələ də tam heyətlə hazırlaşa bilmir. Adıçəkilən yarımmüdafiəçinin "zolaqlılar"la qarşılaşmada iştirakı sual altındadı. A millinin heyətində yer alan Səlahət Ağayev və Pərdis Fərcad-Azad isə komandaya nisbətən gec qoşulacaq.
Qeyd edək ki, fevralın 10-da "Bakı"nın Təlim-Məşq Bazasında baş tutacaq qarşılaşma saat 13:30-da start götürəcək.
