6 fevral 2013 20:45
Berti Foqts: Lixtenşteyn ilə oyundan razı qalmadım
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Lixtenşteynlə yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:0 hesabıyla qalib gəldiyimiz görüşdən sonra bunları dilə gətirib:
- 1:0 hesabıyla qalib gəlsək də, oyundan razı qalmadım. Çünki daha çox qol vura bilərdik. Amma onu deməliyəm ki, ilk yarı ilə müqayisədə ikinci hissədə daha yaxşı çıxış etdik.
- Rəşad Sadiqovun penaltini vura bilməməsinə münasibətiniz?
- Oyunçu bir şeyi başa düşməlidi: elə vəziyyətlər var ki, orda risk etmək olmaz!
- Oyunçu bir şeyi başa düşməlidi: elə vəziyyətlər var ki, orda risk etmək olmaz!
- Ona qarşı bu addımına görə hansısa addım atmağı düşünürsüz?
- Əminəm ki, o, özü də hər şeyi gözəl başa düşür. Görünür, o, belə düşündü ki, məhz bu cür vurmaq lazımdı. Amma gələn dəfə o, daha diqqətli olmağa çalışacaq.
- Əminəm ki, o, özü də hər şeyi gözəl başa düşür. Görünür, o, belə düşündü ki, məhz bu cür vurmaq lazımdı. Amma gələn dəfə o, daha diqqətli olmağa çalışacaq.
- Siz bu oyunun bəziləri üçün yığmada sonuncu olmaq ehtimalını dilə gətirmişdiniz. Xüsusilə də Elvin Məmmədov üçün. Həmin futbolçuların çıxışı barədə nə deyə bilərsiz?
- Elvin bu gün Özbəkistana qarşı sərgilədiyimiz oyundan daha yaxşı çıxış etdi. Amma o, bilməlidi ki, belə rəqiblə qarşılaşmada daha cəld, yaxşı çıxış etmək lazımdı.
- Elvin bu gün Özbəkistana qarşı sərgilədiyimiz oyundan daha yaxşı çıxış etdi. Amma o, bilməlidi ki, belə rəqiblə qarşılaşmada daha cəld, yaxşı çıxış etmək lazımdı.
- Bütövlükdə, sərgilənən oyun xoşunuza gəldi?
- Lixtenşteyn elə rəqib deyil ki, onlarla oyuna görə komandamızın səviyyəsi barədə nəsə fikir yürüdək. Biz komandanı daha güclü rəqiblərlə oyunlara görə müzakirə etməliyik.
- Demək olar ki, Bədavi Hüseynov qarşıdakı oyunlarda da sağ cinahda çıxış edəcək?
- İnşallah.
- İnşallah.
