6 fevral 2013 20:55
Azərbaycan - Lixtenşteyn matçından sonra qalmaqal
Futbol üzrə Azərbaycan və Lixtenşteyn yığmaları arasında bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən yoldaşlıq oyunundan sonra qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, oyun başa çatdıqdan sonra stadionun tunelində yığmamızın hücumçusu Rauf Əliyev lixtenşteynli futbolçulardan biri ilə mübahisəyə girişib.
Lakin onlar arasındakı mübahisənin böyük davaya çevrilməsinə stadionun təhlükəsizlik xidmətinin işçiləri mane olublar.
