6 fevral 2013 22:12
Rəşad Sadiqov: Təəssüflənirəm ki, penaltini vura bilmədim
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqov Lixtenşteynlə yoxlama matçından danışıb. Azerisport.az saytına müsahibəsində o, komandamızın 1:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
“Penalti epizodunda zərbəni istədiyim kimi vura bilmədim. Düşünmürdüm ki, qapıçı bu qədər ağıllı ola bilər. Təəssüf edirəm ki, belə alındı. Vaqif Cavadovun penaltisinə gəlincə, onun zərbəni dəqiq yerinə yetirəcəyinə şübhəm yox idi”.