6 fevral 2013 22:26
Rauf Əliyev lixtenştenyli futbolçu ilə münaqişəsindən danışdı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev Lixtenşteynlə yoxlama matçından sonrakı qalmaqaldan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Oyunun gedişindən bizim aramızda heç bir münaqişə olmamışdı. Sadəcə, ilk penaltidən sonra o, bildirdi ki, hakim səhv edib, penalti yox idi. Oyundan sonra da o, bizim haqqımızda nəsə deməyə başladı. Öncə başa düşmədik. Mən də oyundan sonra ona başa salmağa çalışdım ki, məğlubiyyətə bu şəkildə reaksiya vermək düz deyil. Amma rəqib futbolçu emosiyalı şəkildə, səsinin tonunu bir qədər də qaldıraraq, danışmağa başladı”.