6 fevral 2013 23:07
“Bu qələbə növbəti oyunlara daha yaxşı hazırlaşmağımıza kömək edəcək”
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev Lixtenşteynlə yoxlama matçından danışıb. Azerisport.az saytına müsahibəsində o, komandamızın 1:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
“Birinci hissədə uşaqlar bir qədər həyəcanlı idilər. Çünki yaradılan çoxsaylı qol vəziyyətlərindən yararlana bilmirdik. Amma yaxşı ki, ikinci hissədə fərqləndik. Fikrimcə, bu qələbə qarşıdakı oyunlara daha yaxşı hazırlaşmağımıza kömək edəcək”.