6 fevral 2013 11:24
19-cu turun beş oyunu canlı yayımlanacaq
Topaz Premyer Liqasının 19-cu turunun beş oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, adları aşağıda göstərilən oyunları azarkeşlər “İdman Azərbaycan” kanalı ilə canlı izləyə biləcəklər.
Topaz Premyer Liqası
19-cu tur
9 fevral (şənbə)
“Rəvan” – “Turan”
Bayıl Arena stadionu, 17:00
“Kəpəz” – “Neftçi”
Dalğa Arena stadionu, 15:00
10 fevral (bazar)
“Bakı” – “Sumqayıt”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 13:30
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 15:30
11 fevral (bazar ertəsi)
“Xəzər Lənkəran” – “İnter”
Lənkəran şəhər stadionu, 16:00
