6 fevral 2013 23:26
Vaqif Cavadov: Seçmə mərhələ oyunlarına daha yaxşı hazırlaşmalıyıq
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Lixtenşteynlə yoldaşlıq oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunu necə qiymətləndirə bilərsiz?
- Yaxşı oyun alındı. Daha çox qol vura bilərdik. Amma 1:0 da pis nəticə deyil. Əsas qələbə qazanmaq idi ki, buna da nail olduq. Artıq bütün diqqətlərimizi çempionat oyunlarına yönəltməli olacağıq.

- Niyə qol epizodlarını bu qədər sağa-sola xərcləyirdiniz?
- Sadəcə, son nöqtəni qoymaq alınmırdı. Özünüz də gördünüz ki, uşaqlar bütün güclərini qoydular. Ürəkdən oynadılar. Amma başqa qol vurmaq cəhdlərimiz alınmadı.

- Rəşad Sadiqovun vura bilmədiyi ilk penalti ilə bağlı nə deyə bilərsiz?
- O da qol vurmaq istəyirdi. Amma alınmadı. Hərdən belə də olur.
- Bəs siz penalti vuranda həyəcan yox idi?
- Xeyr. Özümə inanırdım. Əks halda nöqtəyə yaxınlaşmazdım. Özü də həm biz, həm də azarkeşlər qələbə qazanmağı çox istəyirdi.

- Sizcə, DÇ-2014-ün seçmə mərhələ oyunları öncəsi bu qarşılaşmanın nə dərəcədə təsiri olacaq?
- Komandamız yaxşı oynadı. Amma seçmə mərhələ oyunlarına daha yaxşı hazırlaşmalıyıq. Unutmamalıyıq ki, bu, sadəcə yoldaşlıq matçı idi.