6 fevral 2013 11:46

Cavid Hüseynov: Yığmamız Lixtenşteynlə bir səviyyədədi

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Adana Demirspor” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov Dubay şəhərində bu gün baş tutacaq Lixtenşteyn ilə yoxlama matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Bəzi futbolçuların dediyinə görə, onlar birbaşa klublarının Antalyadakı toplanışından gəldiklərinə görə, millinin hazırlıqlarının ilk günləri çətin keçib. Sizdə isə vəziyyət bir qədər fərqlidi. Sizin üçün nə dərəcədə çətindi?
- İlk 2-3 gün həqiqətən ağır keçdi. Çünki buranın iqlimi Türkiyədəkindən fərqlənir. Amma komandaya verilən ilk istirahətdən sonra hər şey düzəldi. İndi demək olar ki, Lixtenşteynlə oyuna tam hazırıq.
 
- Lixtenşteynin heyətində dörd aparıcı futbolçu yığmamıza qarşı oynamayacaq. Bu, şanslarımızı artırır?
- Futbol kollektiv oyundu. Sadəcə, bəzən fərdi ustalıq da öz rolunu oynayır. Mən mətbuatı izləmirəm. Heç mənə maraqlı da deyil ki, rəqibin heyətində kimlər olacaq, kimlər meydana çıxmayacaq. Bizim üçün hər şeydən önəmli olan qələbə qazanmaqdı. Çünki 2013-cü ilə yaxşı start vermək istəyirik.

- Adətən mətbuat, azarkeşlər Lixtenşteyn kimi ölkələrlə qarşılaşmalardan ancaq qələbə tələb edirlər. Bu, təzyiq yaratmır?
- Mümkündü ki, azarkeşlər bu komandaları zəif hesab edirlər. Amma biz belə düşünmürük. Bizə arxayınlaşmaq olmaz. Rəqibə yuxarıdan aşağı baxanda, buna görə cəzalanmağın istisna deyil. Biz yaxşı oyunla müsbət nəticə qazanmaq istəyirik.
 
- Azərbaycanla Lixtenşteyn bərabər komandalardılar?
- Səviyyə baxımından eynidi. Amma biz bir qədər güclüyük.
 
- Sizcə, bu komanda ilə oyun nə dərəcədə önəmlidi?
- Bizim üçün hər bir oyun vacibdi. Çünki hər bir qələbə yığmamız üçün irəliyə doğru bir addımdı. Azarkeşlərimizi sevindirməliyik. Bu oyunda qazanılacaq qələbə Lüksemburq və Portuqaliya ilə görüşlər zamanı bizi daha da ruhlandıracaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.