6 fevral 2013 12:07
Xəzər Lənkəran vətənə döndü
Antalya təlim-məşq toplanışını başa vuran "Xəzər Lənkəran" Azərbaycana qayıdıb. Azerisport.az xəbər verir ki, Bakıdakı “Modern” otelində məskunlaşan komandaya bir günlük istirahət verilib.
Sabah isə "Xəzər Lənkəran" tam tərkibdə doğma diyara yollanaraq orada "İnter"lə fevralın 11-də keçiriləcək oyuna hazırlığını davam edəcək. Komandanın gündə 2 dəfə məşq keçməsi nəzərdə tutulub.
