6 fevral 2013 12:45
Mircavadov: Lixtenşteyndən daha güclü rəqib tapmaq olardı
Azərbaycanlı futbol mütəxəssisi Ağasəlim Mircavadov yığma komandamızın bu gün Lixtenşteynə qarşı keçirəcəyi yoxlama matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən yığmamızın hər ay yoxlama matçı keçirməsinin tərəfdarıyam. Özbəkistanla oyundan sonra bu, bizim yeni ildəki ikinci görüşümüzdü. Fikrimcə, bu oyunların komandamıza böyük faydası olacaq. Lixtenşteynlə oyun vacibdi. Çünki mart ayında bizi Lüksemburq və Portuqaliya ilə oyunlar gözləyir. Əlbəttə, Lixtenşteyn o qədər də güclü komanda deyil. Yəqin ki, daha güclü komanda tapmaq mümkün olmayıb. İstənilən halda vacib qarşılaşmadı. Nəticə qazanmaq lazımdı. Qələbə ruhu komandaya həmişə lazımdı. Çünki Lüksemburqla görüşdə də bizi ancaq qələbə qane edəcək”.