6 fevral 2013 13:12
Qarabağ Qəbələ ilə oyuna altı futbolçusu olmadan hazırlaşır
“Qarabağ” “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Premyer Liqanın XIX turunda eyniadlı rayonun komandasının qonağı olacaq ağdamlılar gündə 2 dəfə məşq etməklə oyuna hazırlaşırlar.
“Qarabağ” şimallılarla oyuna heç də tam heyətlə çalışa bilmir. 5 futbolçusunu Azərbaycan, birini isə Albaniya millisinə göndərən komanda millilərin xidmətindən 2 gün sonra yararlana biləcək.
“Qarabağ” fevralın 8-də Qəbələyə yollanacaq. Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” görüşü fevralın 10-da, saat 15:30-da baş tutacaq.
