7 fevral 2013 01:15

“Simurq rəhbərliyi səhvini başa düşsə də, artıq gec idi”

“Standard” və “Simurq”un sabiq hücumçusu Vladimir Mazyar Ukraynanın “Stal” klubunun baş məşqçisi təyin olunub. Azerisport.az xəbər verir ki, o, bu münasibətlə yerli mətbuata müsahibə verib və ölkəmizdəki illəri də xatırlayıb:

“Mənə Azərbaycanda öncə yarım illik oynamaq təklif olunmuşdu. Amma elə alındı ki, orda üç il qalmalı oldum. Komandaya fayda verməyə başladım. Çempionatın bürünc mükafatçısı oldum, Avropa Liqasında oynadım. 2009-cu ildə ən yaxşı bombardir oldum, iki dəfə Azərbaycanın 10 ən yaxşı legioneri sırasında yer aldım. Bütövlükdə isə, “Simurq”da mən 56 oyun keçirdim, 37 qol vurdum. Komandada xeyli ukraynalı futbolçu olduğundan o qədər də çətin deyildi. Məsələn, Mixail Starostyakla birgə yaşayırdıq. Ondan başqa Poklonski, Malıgin də bizimlə birgə çıxış edirdi. Lakin sonradan komandada cavanlaşdırma aparılmağa başladı və getməyim lazım gəldi. Düzdü, tezliklə rəhbərlik təcrübəli futbolçuların yola salınmasının səhv addım olduğunu başa düşdü. Amma artıq gec idi. Sonra mən yenidən Azərbaycana qayıtdım. Bu dəfə “Standart”da çıxış etməyə başladım. Lakin başa düşdüyüm qədərilə klub prezidenti komandanın yüksək liqada qalmasını istəmirdi. Elə komanda elitadan gedəndən sonra da dağıldı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.