6 fevral 2013 13:38
AZAL Simurqla oyuna bir itki ilə hazırlaşır
AZAL Topaz Premyer Liqasının 19-cu turunun “Simurq”la oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” paytaxda gündəlik məşqlərə çıxırlar.
Paytaxt təmsilçisinin heyətində bir xoş xəbər də var. Belə ki, zədəsini sağaldan Tərlan Xəlilov ümumi hazırlıqlarda iştirak etməyə başlayıb. Amma sözügedən futbolçunun “Simurq”la görüşdə meydana çıxması hələ tam dəqiqləşməyib.
Komandanın yalnız bir üzvü hazırda sırada deyil. Oskar Klyava Latviya yığmasının heyətində olduğundan məşqlərə qatılmır.
