7 fevral 2013 00:59

Ramin Musayev: Klubların transfer siyasətindən narazıyam

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev klublarımızın qış fasiləsi dönəmindəki fəaliyyətini dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bir sıra məsələlərə aydınlıq gətirib.
 
Qeyd edək ki, klublarımız Türkiyədə bütövlükdə 40 oyun keçirdilər ki, onların yalnız 13-də qələbə qazana bildilər. 14 dəfə heç-heçə edən təmsilçilərimiz qalan matçlarda da meydanı məğlub tərk etdilər.

Lakin Ramin Musayev bu oyunlarda nəticənin o qədər də böyük önəm kəsb etmədiyini deyir: “Bunlar sadəcə adi yoxlama görüşləri idi. Onlardan bəzilərini mən də izləmişəm. Nəticə önəm daşımırdı. Fikrimcə, belə sınaq matçları məşqçilərə yalnız bir şey üçün lazımdı: komandalarını daha da yaxşı hazırlaşdırmaq üçün”.
 
Musayev bəzi narazılıqlarını da dilə gətirib: “Mən bu qış daha yaxşı transferlər gözləyirdim. Amma etiraf edim ki, bunu görmədim. Hesab edirəm ki, səs-küylü transferlər komandalara öz istəklərinə nail olmaqda böyük kömək edir. Amma bu il elə transferlər görmədik. Düzdü, ola bilər ki, yeni gələn futbolçular çox uğurlu çıxışla özlərindən söz etdirsinlər. Bizə yalnız gözləmək qalır”.
 
PFL prezidenti hesab edir ki, mövsümün bundan sonrakı çox gərgin keçəcək: “Mənə elə gəlir ki, bizi çox maraqlı oyunlar gözləyir. Təbii ki, əsas mübarizə ilk altılıqda gedəcək. Mütəxəssislər də komandaların Türkiyə toplanışına məhz həmin vaxt qiymət verə bilərlər”.
 
Ramin Musayev yığmamızın Dubay toplanışından da danışıb: “Etiraf edim ki, Dubay toplanışında gördüklərim məni sevindirdi. Xüsusilə də komandada gənclərin sayının artmasını qeyd etmək istərdim. Xüsusi olaraq kimisə qeyd etmək istəmirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.