6 fevral 2013 13:59
Elvin Məmmədov: Millinin yeni futbolçuları əvvəlkilərdən heç nə ilə fərqlənmirlər
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Elvin Məmmədov Lixtenşteynlə yoxlama oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Bu gün qarşılaşacağımız Lixtenşteyn yığmamızla yanaşı, sizin üçün də tanış rəqibdi...
- 2009-cu ildə bu komandaya qarşı keçirdiyimiz oyunu xatırlayıram. Həmin oyun bizim üçün həlledici görüş idi. Bəlkə də biz səfərdə keçirilən görüşdə bu rəqibimizi yenə bilməsəydik, millidə ciddi dəyişikliklər baş verə bilərdi. Vadutsda məğlub olmaq haqqımız yox idi.
- Sizdən bu oyunda da qol gözləməyə dəyər?
- Yaxşı sualdı. Bilirsiz, bizdə belə bir ifadə var: qələbəyə bərabər məğlubiyyət. Bunu adətən komanda çox yaxşı oynadığı halda uduzanda deyirlər. Amma mən bu oyunda yaxşı futbol sərgilədiyimiz halda məğlub olmağımızı istəmirəm. Qoy komandamız pis oynasın, amma qələbə qazanaq. Bizim üçün zəif rəqib yoxdu. Lixtenşteynlə demək olar ki, eyni səviyyədəyik. Mən əminəm ki, onlar da qələbə qazanmaq istəyirlər.

- Özbəkistanla oyunda niyə qələbə qazana bilmədiniz?
- Pis oyun sərgiləmədik. Xeyli qol epizodlarımız da oldu. Amma qələbə qazana bilmədik. Mənə elə gəlir ki, bu da yığmanın yenicə bir araya gəlməsi, futbolçuların hamısının klublardan yorğun gəlməsi ilə bağlı idi.

- Deməli, yığmada görüləsi işlər çoxdu?
- Deməzdim. Uşaqlar bir-birini yaxşı başa düşürlər. Onların çoxu ilə U-17-də, U-19-da, U-21-də birgə çıxış etmişəm.

- Yenilər haqda nə deyə bilərsiz?
- Pis peyillər. Fikrimcə, onlar komandanı gücləndirə bilər. Amma ad çəkmək istəmirəm. Əvvəlki oyunçulardan ciddi nə iləsə fərqlənən yoxdu.

- “Bakı”nın ilk altılığa düşmək şansları barədə nə deyə bilərsiz?
- Qalan bütün oyunlarda qələbə qazanmalıyıq. Fikrimcə, yeni transferlərimiz bizə bu yolda yardımçı ola biləcəklər.

- Bəs alınmasa?
- Onda bütün ümidlərimiz kuboka qalacaq.

- “Bakı”nın kubokda əsas iddialılardan olduğunu demək olar?
- Əgər çempionatda işlərimiz yaxşı getməsə, elə də olacaq. Çünki başqa çıxış yolumuz qalmayacaq.