7 fevral 2013 01:38
“Lüksemburq və Portuqaliya ilə görüşlərə daha yaxşı hazırlaşacağıq”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev Lixtenşteynlə yoxlama matçından danışıb. Azerisport.az saytına müsahibəsində o, komandamızın 1:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
“Pis futbol sərgiləmədik. Sadəcə, bəzi qol vəziyyətlərini reallaşdırmaq baxımından problemlərimiz oldu. Komandanın daha çox hücum futboluna verməsi xoşuma gəldi. Oyunun ilk dəqiqələrində bir qədər həyəcan var idi. Bu da komandamızdakı yeni futbolçuların sayının çox olması ilə bağlı idi. Fikrimcə, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq və Portuqaliya ilə görüşlərə daha yaxşı hazırlaşacağıq. Daha yaxşı futbol sərgiləcəyimizə ümidliyəm”.
