7 fevral 2013 01:05
Yığmamız Rusiya klubuna qalib gəldi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Open Beach Soccer League 2013” turnirində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın ilk rəqibi Rusiyanın “Podvodnik” (Yaroslavl) klubu olub.
Oyun millimizin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində Comərd Baxşəliyev dubl edib, Zeynal Zeynalov, Orxan Məmmədov və Asif Zeynalov hərəyə bir dəfə fərqlənib.
