7 fevral 2013 01:44
Cəmşid Məhərrəmov rəsmən Kəpəzdə
Qış fasiləsi dövründə transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətə təcrübəli futbolçu cəlb edib. Azerisport.az xəbər verir ki, sonuncu klubu “Bakı” olan Cəmşid Məhərrəmov Gəncə klubunun sıralarını gücləndirib.
Müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Baş məşqçi Mahmud Qurbanovun dəvəti ilə bu kluba gələn Məhərrəmov artıq iki gündü ki, “Kəpəz”in məşqlərində iştirak edir.
