6 fevral 2013 14:13
Neftçi rumıniyalı hücumçu ala bilər
Azərbaycan çempionu “Neftçi” rumıniyalı hücumçu Marius Nikulae ilə maraqlanır. Azerisport.az xəbər verir ki, hazırda bu futbolçunun daha bir neçə komandaya keçidi mümkündü.
Rumıniya mətbuatının yazdığına görə sözügedən futbolçunun Portuqaliyanın “Sporting” klubuna keçidi gündəmdə imiş. Amma son anda tərəflər anlaşa bilməyiblər. “Neftçi” ilə yanaşı Nikulae ilə Çinin “Pekin Quoan” klubu da maraqlanır. Amma futbolçunun aldığı təkliflərdən hansını müsbət dəyərləndirəcəyi bilinmir. Rumınlar futbolçunun Çinə getmək ehtimalını daha yüksək qiymətləndirirlər. Çünki Çin klubu ona bir mövsüm üçün 700 min avro təklif edirlər.
