6 fevral 2013 14:37
Simurq iki legionerlə müqavilə bağlamağa hazırlaşır
“Simurq” iki futbolçu ilə müqavilə bağlamağa hazırlaşır. Azerisport.az xəbər verir ki, Zaqatala klubu Nenad Kiso və Tomislav Buşiç ilə münasibətlərini rəsmiləşdirməyə qərar verib.
Hazırda Zaqatalaya gəlməsi gözlənilən futbolçularla son danışıqlar aparıldıqdan sonra müqavilə imzalanacaq.
Qeyd edək ki, həm Kiso, həm də Buşiç Türkiyə toplanışı zamanı bu komandanın hazırlıqlarında iştirak etmişdi.
