7 fevral 2013 02:12
Kandelaki Aqollini məyus etdi
Futbol üzrə Albaniya və Gürcüstan yığmaları arasında yoxlama oyunu keçirilib. Azerisport.az xəbər verir ki, bu görüşdə Azərbaycan Premyer Liqasında top qovan iki futbolçu da iştirak edib.
Bunlardan biri Albaniya yığmasında çıxış edən “Qarabağ”ın müdafiəçisi Ansi Aqollidi. O, ilk dəqiqələrdən meydanda olsa da, 74-cü dəqiqədə əvəzlənib.
Gürcüstan yığmasında isə “İnter”in müdafiəçisi İliya Kandelaki forma geyib. O da start heyətdə meydana çıxıb. Lakin Aqollidən fərqli Kandelaki fasilədə əvəzlənib.
Qarşılaşma isə Gürcüstan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşma isə Gürcüstan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
