7 fevral 2013 02:40
Portuqaliya uduzdu, İsrail və Rusiya qalib gəldi
Xəbər verdiyimiz kimi, ötən gecə dünyanın yaşıl meydanlarında yığma komandalar arasında yoldaşlıq görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının Lixtenşteynə 1:0 hesabı ilə qalib gəldiyi gündə DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimiz də sınaq matçlarında qüvvələrini sınayıblar.
İsrail və Rusiya yığmaları qələbəyə seviniblər. Şimali İrlandiya heç-heçəyə razılaşdığı halda, Portuqaliya da məğlubiyyətlə üzləşib.
Yoxlama oyunları
6 fevral
İsrail – Finlandiya - 2:1 (1:0)
Qollar: Ben Basat, 2 (1:0), Forsell, 87 (1:1), Rafaelov, 90 (2:1)
İslandiya - Rusiya - 0:2 (0:1)
Qollar: Şirokov, 43 (0:1), Şatov, 66 (0:2)
Malta – Şimali İrlandiya – 0:0
Portuqaliya – Ekvador – 2:3 (1:1)
Qollar: Valensiya, 2 (0:1), Ronaldo, 23 (1:1), Poştiqa, 60 (2:1), Pereyra, 61-avtoqol (2:2), Kaysedo, 70 (2:3).
