6 fevral 2013 15:16
Ramin Musayev Berti Foqtsun ittihamını cavablandırdı
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yığmamızın baş məşqçisi Berti Foqtsun açıqlamasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yığmanın apreldə toplanış keçirməsi ümumiyyətlə planda yox idi. Ona görə də heç kim heç nəyi ləğv etməyib. Mən indi sizdən eşidirəm ki, yığmanın apreldə toplanışı toplanışı planlaşdırılıbmış. Axı apreldə, Premyer Liqada ən maraqlı və həlledici oyunların keçiriləcəyi bir vaxtda necə toplanış keçirmək olar”?

Qeyd edək ki, Foqts yığmanın apreldə toplanışının planlaşdırıldığını, lakin buna PFL tərəfindən imkan verilmədiyini açıqlamışdı.