6 fevral 2013 16:27
Yapnolar Bakının müdafiəçisini məyus etdilər
Futbol üzrə Latviya yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, latviyalılar Yaponiya ilə üz-üzə gəliblər.
Qarşılaşmada Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular da iştirak ediblər. Belə ki, “Bakı”nın müdafiəçisi Denis İvanov qarşılaşmanın ilk dəqiqələrindən meydanda olub. AZAL-da çıxış edən Oskar Klyava isə görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Oyuna gəlincə, yaponlar rəqibini 3:0 hesabıyla məğlub ediblər.
