6 fevral 2013 16:57
İnter Xəzər Lənkəran üçün başladı
Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıraraq vətənə qayıdan "İnter" bu gün məşq prosesini yenidən bərpa edib. Azerisport.az xəbər verir ki, "Şəfa" stadionunda bir araya gələn komanda növbəti oyunun hazırlıqlarına başlayıb.
Xatırladaq ki, "İnter" Premyer Liqanın 19-cu turu çərçivəsində "Xəzər Lənkəran" komandasıyla qarşılaşacaq. Oyun Lənkəran şəhər stadioununda saat 16.00-da baş tutacaq.
