7 fevral 2013 17:59
“Azərbaycan yığması Ermənistandan daha güclü komandadı”
Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts Ermənistanla yoldaşlıq oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Ermənistan yığmasını təsəvvür etdiyim kimi də gördüm. Bu komanda topla çox intensiv danışır. Amma seçmə mərhələdki rəqibimiz Azərbaycan yığması daha atletik və güclü komandadı. Azərbaycanlılar yerlə oynamağa o qədər də üstünlük vermirlər. Ona görə də onlarla görüşün fərqli olacağını düşünürəm”.
Qeyd edək ki, Azərbaycan və Lüksemburq yığmaları martın 22-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində üz-üzə gələcəklər.