7 fevral 2013 18:15
Neftçinin prezidenti qalibləri təbrik etdi (FOTO, VİDEO)
“Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov “U-14 Azərbaycan kuboku”nun qalibi olmuş komanda üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, klub prezidenti çıxışında yeniyetmə futbolçular tərəfindən əldə olunan uğurların hər zaman diqqətdə saxlanıldığını vurğulayıb.
Ölkəmizdə bütün idman növlərinə, eləcə də futbola dövlət səviyyəsində qayğı göstərildiyini bildirən “Neftçi”nin prezidenti Sadıq Sadıqov, bu yeniyetmələrin hər birinin gələcəkdə Azərbaycan futboluna faydalı olacağına inandığını söyləyib. Tədbirin sonunda klub prezidenti komanda üzvləri ilə birgə xatirə şəkli çəkdirib.
