8 fevral 2013 00:14
Fərid Quliyev özünə yeni klub tapdı
“Turan”ın sabiq hücumçusu Fərid Quliyev özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, yığmamızın keçmiş forvardı mövsümün qalan hissəsini “Kəpəz”də keçirəcək.
Artıq tərəflər bununla bağlı yarım illiyə müqavilə imzalayıblar. Fəridin “Kəpəz”ə keçidini klubdan da təsdiqləyiblər.
Qeyd edək ki, Quliyevin Tovuz klubunun rəhbərliyi ilə problemi yarandığından onu komandadan ayrılacağı istisna deyildi.
