8 fevral 2013 00:23
Yığmamız ikinci oyununda məğlubiyyətlə üzləşdi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Open Beach Soccer League 2013” turnirində ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın bu dəfəki rəqibi Rusiyanın “Golden” klubu olub.
Oyun millimizin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandamız bu görüşdə aşağıdakı heyətlə mübarizə aparıb:
Əbdül Əliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev, Elçin Qasımov, Elvin Quliyev, Ramin Quliyev, Fayər Hüseynov, Asif Zeynalov, Zeynal Zeynalov, Orxan Məmmədov, Nahid Mehrəliyev, Vaqif Şirinbəyov.
Qeyd edək ki, Bəhram Hətəmovun yetirmələri ilk oyunda Rusiyanın “Podvodnik” klubuna 5:1 hesabıyla qalib gəlmişdi.
Azərbaycan – Golden - 0:2 (0:1, 0:0, 0:1)
Qollar: Baqrineç, 11 (0:1), Petrov, 27 (0:2).
