8 fevral 2013 00:35
Maksim Medvedev: Dubay toplanışı Qarabağın işini çətinləşdirib
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 20-ci turunun “Qəbələ” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qəbələ” güclü komandadı. Amma “Qarabağ”ın işini çətinləşdirən daha bir önəmli məqam var. Bu da komandamızın əksər futbolçularının Dubay toplanışından yenicə qayıtmasıdı. Onlar üçün isti iqlimdən soyuğa qayıtmaq bir qədər əlavə çətinliklər yaradacaq. Bildiyim qədərilə Qəbələdə havalar çox sərt keçir”.