7 fevral 2013 11:34
“Lixtenşteynlə oyunda böyük hesabla qalib gəlməliydik”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanov Lixtenşteynlə yoxlama matçından danışıb. Azerisport.az saytına müsahibəsində o, komandamızın 1:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
“Yaxşı oyun alındı. İkinci hissədə birincinə nisbətən daha yaxşı təsir bağışladıq. Amma mənə elə gəlir ki, biz bu oyunda böyük hesabla qalib gəlməliydik”.
