7 fevral 2013 11:55
Afrika Millətlər Kuboku: Finalçılar bəlli oldu
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə turnirin yarımfinal mərhələsinin görüşləri keçirilib.
İlk oyunda Mali Nigeriya ilə üz-üzə gəlib. Qarşılaşma nigeriyalıların böyük hesablı qələbəsi ilə başa çatıb. Beləcə, Nigeriya ilk finalçı olub.
Digər görüşdə isə Burkina Faso Qana ilə qarşılaşıb. Görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən Burkina Faso yığması finala çıxıb.
Beləliklə, fevralın 10-da keçiriləcək final matçında Nigeriya Burkina Faso ilə münasibətlərinə aydınlıq gətirəcək. Mali ilə Qana isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Afrika Millətlər Kuboku
6 fevral
Mali – Nigeriya – 1:4
Qollar: Diarra, 75 – Elderson, 25, İdeye, 30, Emenike, 44, Musa, 60.
Burkina Faso – Qana – 1:1 (penaltilərlə 3:2)
Banse, 60 – Vakaso, 13.
