7 fevral 2013 12:17
Rəvan yaponu bəyənmədi
“Rəvan” Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində qarşılaşacağı “Turan”la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bu arada paytaxt klubu baxışa çağırdığı futbolçulardan biri ilə bağlı qərarını açıqlayıb.
Belə ki, baş məşqçi bir neçə gün öncə təşrif buyuran yaponiyalı müdafiəçi Naoya Şibamuranı bəyənməyib. Bu üzdən də 31 yaşlı futbolçu geri qaytarılıb.
Qeyd edək ki, sözügedən futbolçunun son klubu Özbəkistanın “Buxoro” kollektivi olub. O, həmçinin “Albirex Niigata” (Sinqapur), “Avispa Fukuoka” (Yaponiya), “Tokushima Vortis” (Yaponiya), “Gainare Tottori” (Yaponiya), “Fujieda MYFC” (Yaponiya), “Ventspils” (Latviya), “Pakhtakor” (Özbəkistan) kimi klublarda da top qovub.
