8 fevral 2013 00:44

Rəvan baxışda olanlarla bağlı yaxın günlərdə qərar verəcək

İlk "altılıq” şansları qalsa da, daha çox növbəti mövsümün kollektivini qurmaq istəyən “Rəvan”ın düşərgəsində 2 futbolçu baxışdan keçir. Azerisport.az xəbər verir ki, bunlardan biri yaponiyalı müdafiəçi Naoya Şibamuradı. Özbəkistan "Buxara”sından gələn asiyalı arxa xətt oyunçusu hələ ki özü barəfə müsbət fikir formalaşdıra bilib.
 
Düşərgədə baxışdan keçirilən digər futbolçu isə Litva millisinin üzvüdü. Fevralın 28-də 29 yaşını qeyd edəcək Mindauqas Kalonas "Jalgiris”in yetirməsidi. Gənc yaşlarında Moskva "Dinamo”su, "Saturn” və "Rubin”in əvəzedicilərdən ibarət komandalarında çıxış etmiş litvalı yarımmüdafiəçi özünü Latviyanın "Metallurq” klubunda ən yaxşı tərəfdən göstərib. Belə ki, Liepaya təmsilçisinin heyətində çempionatda keçirdiyi 55 oyuna 15 qol vurmağı bacarıb. Üstəlik, 2005-ci ildə Latviya çempionu, 2006-cı ildə isə Latviya kubokunun qalibi olub. Onun dövründə "Metallurq” çempionatda 2-ci olub.
 
Uğursuz "Kuban” macərasından sonra xavbek Latviyanın "Riqa”, İrlandiyanın "Bohemians” komandalarında da top qovub. Sonuncuların heyətində 2008-ci ildə həm ölkə çempionu olub, həm də kuboku qazanıb. Kalonas İrlandiya kubokunun finalında oynamış ilk litvalı kimi də tarixə düşüb. 2009-12-ci illər ərzində Ukrayna premyer liqasında çıxış edən Zaporojye "Metallurq”unun şərəfini qorumuş futbolçunun son "dayanacağı” Polşanın I divizion təmsilçisi "OKS Stomil” olub.
 
Mindauqas Litva millisinin heyətində 35 matçda forma geyib və 2 dəfə fərqlənib. Maraqlıdır ki, o, qollarının hər ikisini DÇ-2010-un seçmə turnirində vurub. 177 sm boya, 72 kq çəkiyə malik Kalonas Rumıniya və Serbiya komandalarını məyus edib.
 
Qeyd edək ki, həm Şibamura, həm də Kalonas ilə bağlı yekun qərar yaxın 2-3 günə veriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.