7 fevral 2013 12:34

Rəşad Sadiqov: Cavadov penaltini vurandan sonra rahatlaşdım

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqov azerisport.az saytına müsahibəsində Lixtenşteynlə oyundan danışıb.
 
- Komanda niyə bu qədər qol epizodunu dəyərləndirə bilmirdi?
- Heç mən özüm də yığmamızın bu qədər qol epizodunu dəyərləndirə bilməməsini xatırlamıram. 90 dəqiqə ərzində bəlkə də, on qol vura bilərdik. Amma top rəqib qapısına getmək istəmirdi. Yaxşı ki, sonda heç olmasa qələbə qazana bildik. Onu da deməliyəm ki, komandada hər kəs müsbət nəticəyə inanırdı. Kimsə qol vurmalıydı. 30-ci dəqiqədən sonra Lixtenşteyn ancaq müdafiə olunurdu.
 
- Bəs oyun heç-heçə bitsəydi, necə olacaqdı?
- Bu barədə heç düşünmürdük də. Lixtenşteyn bizim mütləq məğlub etməli olduğumuz rəqiblərdəndi. İnanıram ki, bu qələbə gələcək oyunlar üçün motivasiyamızı daha da artıracaq.
 
- Yığmanın oyununda vurulmayan penaltinin bir təsiri oldumu?
- Birinci hissə ərzində də komanda xeyli qol epizodundan yararlana bilməmişdi. Hamımız tezliklə hesabın açılmasını istəyirdik. Ammma heç birimiz hücumları dəqiq zərbə ilə tamamlaya bilmirdik. Penaltiyə gəlincə, mən qapıçını aldatmaq istəyirdim. Onun bəxti gətirdi. Hər halda şadam ki, Vaqif növbətini penaltini dəqiq yerinə yetirdi.
 
- İkinci penaltini özünüz vurmaq istəmədiniz?
- İkinci dəfə penalti veriləndə topa Vaqif yaxınlaşdı. Onda bütün komanda inanırdı ki, Cavadov bu şansı qaçırmayacaq. Vaqif mənim edə bilmədiyimi bacardı. Həm ona, həm də komandanın qələbəsinə görə şadam.
 
- Yəqin ki, qoldan sonra sakitləşdiniz...
- Bəli, ondan sonra bir qədər rahatlaşdım. Çünki komanda qələbə qazana bilməsəydi, mən bunda yalnız özümü günahlandıracaqdım.
 
- Lixtenşteyn güclüdü, Lüksemburq?
- Mənim fikrimcə, Lüksemburq Lixtenşteyndən daha güclüdü. Mart ayında bunu görəcəyik. Amma səfərdə də oynasaq, yalnız qələbə üçün mübarizə aparacağıq. Onlarla evdə də oynamaq olar, səfərdə də.
 
- Sizcə, belə oyunla Lüksemburqu səfərdə yenmək mümkündü?
- Unutmayın ki, bizim heyətdə bir neçə aparıcı futbolçu yox idi. Martda yəqin ki, Rəşad Sadıqov, Kamran Ağayev, Ruslan Abışov da heyətdə olacaq. Həm də rəsmi oyunlara yanaşma bir qədər fərqli olur. Onları yoxlama görüşləri ilə müqayisə etmək olmaz. Mənə elə gəlir ki, bir-iki qol vəziyyəti yaradıb bir qol vurmaq daha yaxşıdı, nəinki bu günkü qədər vəziyyət olduğu halda, bir qol vurmaq.
 
- Bundan sonra çempionata köklənmək çətin olmayacaq ki?
- Son günlər bizə bir qədər çətindi. Öncə Antalya toplanışı, sonra millinin hazırlığı. “Neftçi”ni qarşıda çətin oyunlar gözləyir. Amma hədəflərimiz olduğu kimi qalır. Oyun planında hər şeyə hazırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.