7 fevral 2013 12:52
Xəzər Lənkəran argentinalı hücumçu alır
“Xəzər Lənkəran” argentinalı hücumçu ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, söhbət Lusiano Olquindən gedir.
Qeyd edək ki, bu gün sözügedən futbolçunun Azərbaycana gəlməsi gözlənilir. O, Bakıda klub rəhbərliyi ilə son detalları müzakirə edib, il yarımlıq müqaviləyə imza atacaq.
Olquin 1982-ci ildə anadan olub. 31 yaşlı futbolçu karyerası ərzində Argentinanın “Racing”, “San Martn”, Belçikanın “Royal Antwerp” və “Beveren”, Yunanıstanın “Pierikos”, Çinin “Tianjin Teda” və “Hohhot Dongjin” klublarında da forma geyib.
