7 fevral 2013 13:08
Neftçi Qərb yığmasını məğlub edib, qalib oldu (FOTOLAR)
AFFA tərəfindən təşkil olunmuş “U-14 Azərbaycan Kuboku” turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, üçüncü yer uğrunda oyunda "İnter" 1:0 hesabı ilə Cənub yığmasını məğlub edib.
Finalda Qərb yığması üzərində 2:1 hesabı ilə qələbə qazanan "Neftçi" turnirin qalibi olub.
Final qarşılaşması başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
