7 fevral 2013 13:16
“ Ümid edirəm ki Azərbaycan millisində qol vurmaq üçün daha çox imkanım olacaq”
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov ötən gün baş tutan Lixtenşteynlə oyunda ofsayd sayılaraq qeydə alınmayan qolundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mən həmin epizodda ofsaydda olduğumu sonradan başa düşdüm. Ona görə dərhal qapını nişan almaq qərarına gəldim. Əmin idim ki, həmin epizodda fərqlənəcəm. Lakin son anda məlum oldu ki, hakimlər fərqli qərar çıxarıblar. Eybi yox. Ümid edirəm ki, hələ yığmada qol vurmaq üçün daha çox imkanım olacaq. Sadəcə, belə vəziyyətlərdə bir qədər sakit və soyuqqanlı davranmaq lazımdı”.