7 fevral 2013 13:36
Litva millisinin yarımmüdafiəçisi Rəvanda (FOTO)
“Rəvan” baxışa daha bir futbolçu çağırıb. Azerisport.az xəbər verir ki, bu, 28 yaşlı Mindauqas Kalonasdı.
Artıq o, komandanın düşərgəsindədi. Litvalı futbolçunun taleyinə yaxın günlərdə aydınlıq gəlməlidi.
Qeyd edək ki, Kalonasın son klubu Polşa təmsilçisi “Stomil Olsztyn” olub. Buna qədər isə o, yerli “Jalgiris”də, Rusiyanın “Dinamo” (Moskva), “Saturn”, “Rubin”, “Kuban”, Portuqaliyanın “Sporting”, Latviyanın “Metallurg” (Liepaya), “Riga”, İrlandiyanın “Bohemians”, Ukraynanın “Metallurg” (Zaporojye) klublarında da çıxış edib.
Bundan əlavə o, Litva yığmasının da aparıcı üzvlərindən olub. Kalonas indiyə qədər 35 oyuna çıxdığı millidə iki dəfə də qol vurub.
