7 fevral 2013 13:41
Kəpəz iki legionerlə rəsmi müqavilə imzaladı (FOTO)
Transfer pəncərəsi dövründə "Kəpəz" heyətinə daha iki legioner futbolçu qatıb. Azerisport.az xəbər verir ki, onların hər ikisi türkmənistanlıdı.
26 yaşlı Pirkuli Saparov yarımmüdafiəçidi. Saparov Aşqabadın "Altın Asır" klubunun yetirməsidi. Raximberdı Baltayev isə Türkmənistanın "Aşqabad" komandasından dəvət olunub. O, ampluaca sol cinah müdafiəçisidi.
27 yaşlı Baltayev ölkəsinin əsas yığma komandasının da formasını geyinib. "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov düşərgədə olan futbolçuları bəyənib və onlarla mövsümün sonuna kimi müqavilə bağlanılıb.
