7 fevral 2013 14:05
Ağasəlim Mircavadov: Millidə hücumçuların sayının artması yaxşıdı
Ağasəlim Mircavadov futbol üzrə Azərbaycan yığmasının Lixtenşteynlə yoldaşlıq oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qələbə həmişə sevindirir. Komandamızı qələbə qazanması münasibətilə təbrik edirəm. Amma bir şeyi başa düşmək lazımdı ki, nəticə ilə yanaşı yaxşı oyun da vacibdi. Əgər komanda seçmə mərhələ oyunlarına hazırlaşırsa, niyə əsas heyət oyunçuları ilə mübarizə aparmırdı? Axı çətin ki, Lüksemburq və Portuqaliya ilə oyunlara bu heyətlə çıxaq. Mən bu oyunda meydandakı hücumçuların sayından da danışmaq istərdim. Əlbəttə, birdən-birə meydana üç hücumçunun buraxılması cürətli addımdı. Amma bu, hücumlarımızın, vuracağımız qolların sayının çox olacağına zəmanət vermir. Rəqibi kəmiyyətdə yox, keyfiyyətdə üstələmək lazımdı. Yenə deyirəm ki, yığmamızda hücumçuların sayının artması yaxşıdı. Lakin oyunun taleyini çox vaxt yarımmüdafiəçilər həll edirlər”.