7 fevral 2013 14:27

Rauf Əliyev: Rəqib qapıçı oyundan sonra bildirdi ki, guya hakim bizə kömək edirdi

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev Lixtenşteynlə yoxlama oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Oyunla bağlı nə deyə bilərsiz?
- Oyuna yaxşı başladıq. Çoxlu qol epizodları yaradırdıq. Elə ilk yarıda bir-iki qol vurmalıydıq. Amma boşa verdik. Fasilədən sonra da hücumlarımızı davam etdirdik və həlledici qolu vura bildik. Əlbəttə, 1:0 hesabı oyuna görə deyil. Amma yenə də qələbə qələbədi.
 
- Niyə şəxsən sizdə heç nə alınmadı?
- Mənim də bir neçə qol vurmaq şansım oldu. Hesabı aça bilərdim. Amma gördüyünüz kimi, həlledici zərbələrim alınmırdı. Bu, özümə də mənfi təsir edir. Hətta qorxurdum ki, oyun heç-heçə başa çata bilər. Əgər qalib gələ bilməsəydik, buna ilk növbədə özümü günahlandıracaqdım.
 
- Bəlkə oyuna arxayın çıxdığınız üçün belə alındı?
- Düşünmürəm ki, komandada hansısa arxayınlıq var idi. Rəqibi ciddiə alırdıq. Çünki əks halda hər şey daha da pis qurtara bilərdi. Top bizdə idi, oyuna nəzarəti sona qədər əlimizdə saxladıq. Belə oynamağa davam etməliyik.
 
- Sadiqovun penaltidəki uğursuz cəhdindən sonra Cavadovun da eyni aqibəti yaşayacağından ehtiyatlanmırdız ki?
- İnanırdıq ki, Vaqif vuracaq. O, nöqtəyə çox soyuqqanlı yaxınlaşdı. Sadiqov da özünə inanırdı. O da vura bilərdi. Amma bəxt qapıçının tərəfində oldu.
 
- Oyundan sonra sizinlə rəqib qapıçı Peter Yele arasında nə baş vermişdi?
- Oyundan sonra paltardəyişmə otağına yollananda o, yüksək səslə narazılığını bildirməyə başladı. Qapıçı eyni hərəkətləri penalti təyin olunanda da etmişdi. Amma oyun vaxtı onunla heç bir problemim olmamışdı. Oyundan sonra isə bildirdi ki, hakim guya bizə kömək edirdi. Halbuki, bizim oyunboyu hücumda olduğumuzu hamı görürdü. Bizim penalti olmadan da qol vurmaq üçün kifayət qədər şanslarımız var idi.
 
- Sizcə, belə oyunla Lüksemburqu məğlub edə bilərik?
- Lüksemburq Lixtenşteyndən güclüdü. Biz daha da artırmalıyıq. Mart ayındakı oyunlarda daha yaxşı futbol sərgiləməyə çalışmalıyıq. Əminəm ki, Lüksemburqla oyun Dubaydakı görüşlərimizdən daha çətin alınacaq. Çünki yoldaşlıq oyunları ilə yoxlama matçları bir-birindən fərqlənirlər.
 
- Çempionat oyunlarına hazırsız?
- Əlbəttə. Qalan oyunlar “Bakı” üçün çox vacibdi. Əgər altı oyunun hamısında qalib gəlsək, ilk altılığa düşməyimiz mümkündü. Antalya toplanışı zamanı yeni komandama uyğunlaşa bildim. “Bakı”ya faydalı olmağa çalışacağam. Yaxşı heyətimiz var. İndi komanda özünü sübut etməlidi.
 
- Əgər “Bakı” ilk altılıqdan kənarda qalsa, necə olacaq?
- Bizim buna yol verməmək üçün hər cür şansımız var. Hər bir futbolçu özünə inanır. Amma əgər ilk altılığa düşə bilməsək də, bunu faciəyə çevirməməliyik. Çünki Azərbaycan Kubokunda da şanslarımızı saxlayırıq. Komandamız bu turnirdə həmişə uğurlu çıxışı ilə seçilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.