7 fevral 2013 14:36
“Berti Foqtsun nə etdiyini başa düşmürəm”
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun sabiq köməkçisi Vəli Qasımov almaniyalı mütəxəssisi tənqid edib. Azerisport.az xəbər verir ki, Lixtenşteynlə oyunda komandamızın istifadə etdiyi taktikadan narazı qalan mütəxəssis saytımıza açıqlamasında bunları dilə gətirib:
“Belə rəqiblə oyunlarda risk etmək olar. Amma çətin ki, güclü komandalarla görüşə üç hücumçu ilə çıxaq. Çünki Foqts Azərbaycan yığmasında çox təsadüfi hallarda hücum futboluna üstünlük verir. Əgər martda bizi rəsmi oyunlar gözləyirsə, indi belə oynamağımız nəyə lazımdı? Portuqaliyaya qarşı nə bu heyəti, nə də taktikanı istifadə etmək olar. Foqtsun nə etdiyini başa düşmürəm. Düzdü, qələbə qazanmağımız sevindirməyə bilməz. Amma qeyri-peşəkar komanda üzərində qələbə qazandıq”.