7 fevral 2013 15:26
Yığmamızın üzvü rəsmən Rusiya klubunda
19 yaşadək futbolçulardan ibarət millimizin üzvü David Qarayev karyerasını Rusiyanın “OİK-Energiya” klubunda davam etdirəcək. Azerisport.az xəbər verir ki, millimizin üzvü birinci divizion təmsilçisi tərəfindən bəyənilib.
Bu üzdən də Xabarovsk klubu Qarayevi heyətində saxlamaq qərarı verib. Artıq futbolçumuzla müqavilə də imzalanıb. David yeni klubu ilə 2,5 illik anlaşma imzalayıb.
Davidin transferi ilə bağlı danışan “OİK-Energiya”nın baş direktoru Sergey Feldman onun haqqında müsbət fikirlər səsləndirib: “Azərbaycan milli komandasının futbolçusu David Qarayevi İsrail toplanışında hərtərəfli yoxladıq. Perspektivli gənc futbolçudu. Qarayev bizim gələcəyimizdi. Onunla artıq müqavilə də imzalamışıq. Futbolçu 2,5 il klubumuzun şərəfini qoruyacaq”.
