7 fevral 2013 15:37
İsgəndər Cavadov: Yığmamız qələbəyə layiq idi
İsgəndər Cavadov yığma komandamızın Lixtenşteynlə oyunundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Uşaqlar normal oynadılar. Hiss olunurdu ki, komandada xarakter var. Bütün oyun boyu hücum etdilər. Çoxlu qol vəziyyətləri yaratsalar da, onlardan yararlana bilmədilər. Komandamız bu oyunda daha güclü təsir bağışladı və qələbəyə də layiq idi. Amma oyun baxımından da artırmaq lazımdı. Çünki qarşıda Lüksemburqla çətin oyun var. Ümid edirəm ki, Dubay toplanışının rəsmi oyunlar öncəsi böyük faydası olacaq”.
