7 fevral 2013 15:53
“Lixtenşteynlə oyunda mənim işim çox az oldu”
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayev Lixtenşteynlə yoxlama matçından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Etiraf edim ki, bu oyunda mənim işim çox az oldu. Rəqib demək olar ki, hücum etmirdi. Komandamız rəqibi tam olaraq meydanın özünə aid hissəsinə sıxışdırmışdı. Layiqli qələbə qazandığımızı düşünürəm. Lüksemburqla oyunda da bu uğurun davamının gəlməsini istəyirik. Özümə gəlincə, üzərimdə çalışıram ki, yığmanın əsas heyət oyunçusuna çevrilim. Komandada böyük rəqabət var. Əsas heyətə düşməyə layiq olmaq lazımdı”.