7 fevral 2013 16:44
Medvedev: Lüksemburq və Portuqaliya ilə oyunlarda 4 xal toplasaq, yaxşı olardı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev Lixtenşteynlə yoldaşlıq oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Lixtenşteynlə oyun haqda nə deyə bilərsiz?
- Komandamızın oyunu xoşuma gəldi. Çoxdan idi belə baxımlı futbol sərgiləmirdik.

- Bəs ayrı-ayrı məqamlar?
- Oyunçular arasında anlaşma səviyyəsi pis deyildi. Fikrimcə, digər oyunlarımızla müqayisədə çox yaxşı idi. Çox kompakt təsir bağışlayırdıq. Düzdü, təəssüf ki, çoxsaylı qol vəziyyətlərindən yararlana bilmədik. Amma əsas odu ki, qələbə qazana bildik.

- Belə oyunla Lüksemburqa qalib gələ bilərik?
- Niyə də yox? Tezliklə çempionat oyunları başlayacaq və oyundan-oyuna daha da yaxşı forma yığacağıq. Fikrimcə, Lüksemburqla iki-üç dəfə daha yaxşı oynamalıyıq ki, qələbə qazanaq. Biz eyni zamanda Portuqaliya ilə oyunda da maksimim güc sərf etməliyik.

- Lixtenşteynlə oyunda siz də qol vura bilərdiniz...
- Hə. Artıq qolu bayram etmək istəyirdm. Amma qapıçıya halaldı, o, düzgün mövqe tutduğundan, zərbəni dəf etdi.
- Son iki oyunda iki qol buraxmamağımız müdafiə xəttinin yaxşı oyunundan xəbər verir, yoxsa rəqiblərin zəifliyindən?
- Mən daha çox ikinci variantı seçərdim. Necə də olmasa, biz Özbəkistan və Lixtenşteynlə oyunlarda açıq futbola üstünlük verdik, çoxlu qol vəziyyətləri yaratdıq. Etiraf edim ki, mən də bu oyunlarda özümü az qala yarımmüdafiəçi kimi aparırdım.

- Lüksemburq Lixtenşteynə bərabər səviyyədədi?
- Xeyr. Lüksemburq bir qədər güclü komandadı. Onların həm müdafiə, həm də hücum xətti daha güclüdü. Mən onların portuqaliyalılarla necə döyüşdüyünü özüm də gördüm.

- Lüksemburq və Portuqaliya ilə oyunlarda sizi hansı nəticə qane edəcək?
- İki oyuna dörd xal toplamağımız çox yaxşı olardı (gülür).